Güclü külək Qubanın bir hissəsini işıqsız qoyub

Güclü külək Qubanın bir hissəsini işıqsız qoyub

Dünən axşam saatlarında güclü külək Quba rayonunda bir çox evi işıqsız qoyub.

APA-nın şimal bürosundan aldığımız məlumata görə, ən böyük ziyan rayonun elektrik xəttlərinə dəyib. Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun verdiyi məlumata görə, hazırda rayonun 50 faizinə elektrik enerjisinin verilişində problemlər yaranıb. Dəyən ziyanın aradan qaldırılması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər görülür.

Xəbər lenti