Gürcüstan Ermənistana səfir göndərmir

Gürcüstan Ermənistana səfir göndərmir

 

Gürcüstanın Ermənistandakı səfiri Tenqiz Şarmanaşvili artıq iki aydır ki, bu ölkədə diplomatik missiyasını başa vuraraq paytaxt İrəvanı tərk edib.

Azeritimes.Az azvision.az-a istinadən bildirir ki, bunu "Aysor.am"-a Gürcüstanın Ermənistandakı səfirliyindən deyilib. 

Səfirin səlahiyyətlərini müvəqqəti olaraq Malxaz Malaşxia yerinə yetirir. 

Hələlik, Gürcüstan hökumətinin hansı səbəblərdən Ermənistana yeni səfir təyin edilməsi prosesini uzatması səbəbləri bilinmir. 

Xəbər lenti