Gürcüstandan maşın gətirənlərə müjdə

Gürcüstandan maşın gətirənlərə müjdə

 

Dövlət Komitəsi məlumat yaydı.

"Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən yüngül avtonəqliyyat vasitələrinin buraxılışına başlanılıb.

Oxu.Az Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki,  DGK və Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında əldə edilmiş razılığa əsasən 10 avqust 2015-ci il tarixindən Azərbaycan Respublikasının Gürcüstanla sərhədində "Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb. 

Sərhəd-gömrük buraxılış məntəqəsinin iş rejimi Bakı vaxtı ilə 08:00-dan 20:00-dək müəyyən edilib.

 

Xəbər lenti