Həbib Nurmuhəmmədov Ayaz Quliyevə müraciət etdi

Həbib Nurmuhəmmədov Ayaz Quliyevə müraciət etdi
UFC çempionu Həbib Nurmuhəmmədov "Spartak” futbol klubu ilə müqavilə imzalayan azərbaycanlı Ayaz Quliyevə müraciət edib.

Sfera.az xəbər verir ki, Nurməhəmmədov Quliyevə bəzi məsləhətlər verib.

"Ayaz, bax, pis vəziyyətdə qoyma məni. Səni Həbib adlandırıblar. Odur ki, insanların üstünə tor arxasında, stadion arxasında hoppanma”, - deyə o vurğulayıb.

Qeyd edək ki, "Spartak”ın Dubayda ilk məşqi öncəsi azarkeşlər Ayaz Quliyevi "Həbib gəl bura” deyə salamlayıblar.

Oxu.az

Xəbər lenti