Hesablama Palatasının tvinninq layihəsinin ilk missiyası Bakıda səfərdə olub

Hesablama Palatasının tvinninq layihəsinin ilk missiyası Bakıda səfərdə olub
© Sai.gov.az

Bakı. 12 yanvar. / Hesablama Palatasının İnstitusional və administrativ potensialının gücləndirilməsi üzrə Tvinninq Layihəsinin həyata keçirilməsi çərçivəsində layihənin ilk missiyası 8-11 yanvar tarixlərində Bakıda səfərdə olub. 

"Report" Palataya istinadən xəbər verir ki, missiya layihənin maliyyə və uyğunluq auditləri, həmçinin səmərəlilik auditi həyata keçirmək və müvafiq hesabatlar hazırlamaq potensialının yüksəldilməsi komponentləri ilə bağlı olub.

Qurumun sədri Vüqar Gülməmmədov ekspertləri qəbul edərək hər iki komponentlə bağlı gözlənilən nəticələri diqqətə çatdırıb. V. Gülməmmədov polşalı həmkarların qabaqcıl təcrübəsinə və peşəkar bacarığına olan inamını bildirməklə onlar tərəfindən qeyd edilən istiqamətlərdə zəruri dəstəyin göstəriləcəyinə əminliyini çatdırıb.

Missiya Hesablama Palatasının maliyyə və uyğunluq auditi, həmçinin səmərəlilik auditi metodologiyalarının INTOSAI-nin qəbul etdiyi Ali audit qurumları üçün Beynəlxalq Standartlara (ISSAI) Uyğunluğun Qiymətləndirilməsi Aləti (ICAT) baxımından müfəssəl təhlilini həyata keçirmək və nəticələr barədə Hesablama Palatasının rəhbərliyinə hesabat verilməsi ilə bağlı müvafiq məsələləri müzakirə etmək və gələcək işləri planlaşdırmaq məqsədini daşıyıb. 

Hər iki fəaliyyət üzrə ekspertlər Hesablama Palatasının komponent rəhbərləri və bu fəaliyyətlər üzrə Hesablama Palatası tərəfindən müəyyən edilmiş struktur bölmənin əməkdaşlarının iştirakı ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Hesablama Palatasının maliyyə və uyğunluq auditləri, habelə səmərəlilik auditi üzrə müvafiq təlimat və sənədləri nəzərdən keçirilib, Hesablama Palatasının ISSAI-in 3 və 4-cü səviyyələrinə uyğun olaraq maliyyə, uyğunluq və səmərəlilik auditinin planlaşdırılması metodlarının və təcrübələrinin təhlili və ISSAI tələblərinə uyğunluğunun müəyyən edilməsi ilə bağlı müvafiq müzakirələr aparıblar. 

float: left; width: 100%;">

Xəbər lenti