“Ictimai davranış qaydaları” layihəsi başa çatmışdır VIDEO

“Ictimai davranış qaydaları” layihəsi başa çatmışdır VIDEO

Azərbaycan Respublikası Prezidenti Yaninda Gənclər Fondunun dəstəyi ilə "İctimai davranış qaydaları” layihəsi həyata keçirildi.
11.01.2018-tarixində Sabunçu Gənclər Evində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan "İctimai davranış qaydaları” adlı layihənin təqdimat mərasimi baş tutdu.
Layihənin əsas məqsədi biz vətəndaşların ictimai davranışlarımızı doğru bilib, düzgün şəkildə onlardan istifadə etmək və öyrəndiklərimizi yeni nəslə aşılamaq.Həmçinin şəhərimizin eləcədə cəmiyyətimizin ictimai mədəniyyət səviyəsinin yüksəldilməsi, Azərbaycan gəncinin mədəni inkişafında eyni zamanda şəhərimizdə ictimai mədəniyyətin aşılanmasında gənclərin rolunu artırmaqdır.
Tədbirdə Sabunçu rayonunda yerləşən 12-saylı Bakı Peşə Liseyinin aktiv tələbələri iştirak etdi.
Təqdimat mərasimi ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Layihə rəhbəri Əli Məmmədzadə tədbirdə iştirak edən iştirakçılara bu gün bura yığışmaqda əsas məqsədimizin İctimai Davranış Qaydaları haqqında çəkdiyimiz sosial çarxın təqdimat mərasimi olduğunu dedi. Sonra videoçarx iştirakçılar tərəfindən böyük marağla izlənildi.


 


 

Xəbər lenti