Çin sahillərində yanan İran tankeri batıb, 32 nəfərdən ibarət heyət üzvü ölüb - YENİLƏNİB

Çin sahillərində yanan İran tankeri batıb, 32 nəfərdən ibarət heyət üzvü ölüb - YENİLƏNİB
Xilasedicilər

Bakı. 14 yanvar. / Yanvarın 7-də Çin sahillərində Honkonqun yük gəmisi ilə toqquşan İrana məxsus "Sanchi" neft tankeri göyərtəsində baş verən növbəti partlayışdan sonra batıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Toqquşmadan sonra 136 min ton qaz kondensatı daşıyan tankerin göyərtəsində yanğın baş verib, birinci partlayışdan sonra Çin xilasediciləri onu söndürməkdən imtina ediblər və gəmi axınla Yaponiya sahillərinə doğru hərəkət etməyə başlayıb.

Xilasedicilər 32 heyət üzvündən yalnız 3 nəfərin meyitini tapa biliblər. İran hakimiyyəti onların hamısının öldüyünü etiraf edib.

Hadisənin səbəbləri hələ ki, məlum deyil.

***12:53

Bakı. 14 yanvar. / Yanvarın 6-da Cənub-Şərqi Çin dənizində yük gəmisi ilə toqquşan İranın neft tankerinin bütün heyət üzvləri ölüb.

“Report” xəbər verir ki, bu barədə İranın rəsmi dairələrinin məlumatında bildirilir.

float: left; width: 100%;">

Xəbər lenti