İran Fransanı yalan bəyanat verməkdə ittiham edib

İran Fransanı yalan bəyanat verməkdə ittiham edib
İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Bəhram Qasimi Fransa XİN nümayəndəsinin Tehranın raket proqramı haqqında bəyanatını yalan adlandırıb və Parisi bu kimi bəyanatlardan çəkinməyə çağırıb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərini nazirliyin "Telegram" kanalı sitat gətirib.

"Fransanın rəqiblərin saxta bəyanatlarını təkrar etməkdən çəkinməsini gözləyirik. Fransa Xarici İşlər Nazirliyi sözçüsünün şərhindən fərqli olaraq, İranın raket proqramı heç bir yanlış məqsəd güdmür, raket proqramının yaradılması, İranın elmi və müdafiə potensialını gücləndirmək hüququdur ki, bu da 2231 saylı qətnaməyə zidd deyil. Bu qətnamənin heç bir hissəsində adi raket proqramları, RƏM sistemləri və onların elmi məqsədlər üçün istifadə edilməsinə dair İran üçün heç bir qadağa yoxdur. Biz möhkəm əminik ki, İranın raket proqramı ilə bağlı 2231 saylı qətnaməni təhrif etmək və onu başqalarına bağlamaq məsuliyyətsiz davranışdır", - deyə Qasimi bildirib.

O əlavə edib ki, İranın müdafiə xarakterli, ümummilli, adi raket proqramı nəinki qanunidir, həm də İran xalqının ayrılmaz hüququdur.



Xəbər lenti