İstanbulun yeni aeroportundan Bakıya bilet qiyməti açıqlandı

İstanbulun yeni aeroportundan Bakıya bilet qiyməti açıqlandı
29 oktyabrda açılışı ediləcək Türk Hava Yollarına məxsus İstanbul Yeni Hava Limanının ilk uçuşları müəyyənləşib.

Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, yeni hava limanından ilk səfər 31 oktyabrda Ankaraya gerçəkləşdiriləcək. İlk xarici səfər isə İstanbuldan Bakıya olacaq. 31 oktyabr-31 dekabr tarixlərində hər gün İstanbul-Bakı səfərləri planlaşdırılır. Bakıya gediş-gəliş biletinin qiyməti 99 dollar olacaq. Səfərlər "Boeing 737-800" təyyarələri ilə həyata keçiriləcək. 

2 aylıq sınaq dövründən sonra 2019-cu ildən etibarən Atatürk Hava Limanında reallaşdırılan səfərlərin İstanbul Yeni Hava Limanına köçürülməsi üçün plan hazırlanacaq. İlk həftələrdə uçuşlar yalnız Türkiyə daxilində, həmçinin Azərbaycan və Şimali Kipr Türk Respublikasına gerçəkləşdiriləcək.

Gülşən

Xəbər lenti