"Kiralık aşk"ın "Ömer"i evlənir?

 

Aktrisa Gupse Özayın "Deliha" filmində tərəf-müqabili olduqdan sonra sevgi yaşadığı Barış Arduçla ailə quracağı xəbəri yayılıb.

Axsam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda "Kiralık aşk"da "Ömer" obrazını canlandıran aktyor fanatlarının etirazlarına və qısqanclıqlarına əhəmiyyət vermədən sevgilisinə evlilik təklif edib.

Bu xəbər aktrisanın Tvitterdə paylaşdığı qeyddən sonra yayılıb. Gupse "Görümce" filminin çəkilişləri zamanı həyatının ən həyəcanlı anlarını yaşadığını yazıb. Fanatlar "yaxında toy var" deyə soruşsalar da, aktrisa hələ ki dəqiq açıqlama verməyib.

Qeyd edək ki, B.Arduçun fanatları onu serialdakı tərəf-müqabili Elçin Sanqu ilə sevgili görmək istədiklərini, Gupsedən ayrılmalı olduğunu qeyd edirlər. Lakin hər iki tərəf şəxsi həyatlarında xoşbəxt olduqlarını dəfələrlə qeyd ediblər.

Xəbər lenti