Körfəz Əməkdaşlıq Şurasının nümayəndələri Sumqayıt Texnologiyalar Parkında olub

Körfəz Əməkdaşlıq Şurasının nümayəndələri Sumqayıt Texnologiyalar Parkında olub
Görüşdə

Bakı. 19 oktyabr. / Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

STP-dən "Report"a bildirilib ki, əvvəlcə nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir. Bildirilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Hazırda burada 13 zavod və 30-dən artıq istehsal sahəsi fəaliyyət göstərir.

STP-nin baş direktoru Emin Məmmədov müəssisənin məhsullarının körfəz ərəb dövlətlərinin bazarlarına çıxarılması perspektivləri, iqtisadi əməkdaşlıq əlaqələri haqqında danışıb. Qeyd edilib ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdır: “Şirkətdə istehsal və idarəetmə sistemi beynəlxalq standartlar nəzərə alınaraq təşkil edilib. Bu da bizə xarici bazarlara çıxmaq imkanı verir. Müəssisə daxili tələbatla yanaşı, xarici bazarında ehtiyaclarını tam qarşılamaq gücündədir. İstehsal edilən yüksəkkeyfiyyətli məhsullarımız və münasib qiymətlərimizi sizlərin də tələblərinə uyğun olduğunu hesab edirəm”.

Qonaqpərvərliyə görə minnətdarlığına bildirən nümayəndə heyətinin rəhbəri Əbdüllətif bin Raşid Əl-Zəyyəni Sumqayıt Texnologiyalar Parkının onlarda xoş təəssürat yaratdığını qeyd edib. Azərbaycan ilə şuraya üzv dövlətlər arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sektorunda daha da inkişaf etdirilməsi üçün böyük potensialın və qarşılıqlı marağın olduğunu vurğulayıb. STP ilə gələcək əlaqələrin qurulması üçün keçiriləcək Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasının biznes-forumunda müzakirə edilməsinin vacib olduğunu söyləyib.

Sonra nümayəndə heyəti zavodları gəzərək, istehsal prosesi ilə tanış olub. Onları maraqlandıran çoxsaylı suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

float: left; width: 100%;">

Xəbər lenti