"Öldür beni, Ayolcum" Nicat Kazımovun yozumunda - FOTO

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı xarici ölkə teatrları ilə yaradıcılıq əlaqələrini genişləndirməkdə davam edir. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı rejissoru, əməkdar artist Nicat Kazımov 88-ci teatr mövsümünün sonunda Moldova Respublikası Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrından dəvət alaraq görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin "Öldür məni, can-ciyər" pyesi əsasında "Öldür beni, Ayolcum" tamaşasını hazırlayıb. Tamaşanın premyerası avqust ayının 28-də nümayiş etdirilib. Tamaşanın ikinci nümayişi sentyabr ayının 11-ə nəzərdə tutulub. Sentyabr ayının 19-da sözügedən teatrın kollektivi Ukraynada keçiriləcək Beynəlxalq Teatr Festivalına yeni tamaşa ilə gedəcək. Tamaşa həmçinin sentyabr ayının sonlarında Türkiyədə baş tutacaq "Qaqauz günləri"ndə göstəriləcək.

Rejissor mübadiləsi çərçivəsində aktyorumuz Qaqauziyanın başçısı İrina Vlaxla görüşüb.

Məlumat üçün bildirək ki, Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvətinə əsasən baş tutan rejissor mübadiləsinin əsas məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin ənənəyə malik Azərbaycan Milli Teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir.

Xəbər lenti