Lənkəranda evin damından yıxılan şəxs ciddi xəsarət alıb - FOTO

Lənkəranda evin damından yıxılan şəxs ciddi xəsarət alıb - FOTO

Lənkəran. 13 yanvar. / Lənkəran sakini evin damından yıxılaraq ciddi xəsarət alıb.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində baş verib. 

Belə ki, kənd sakini 1973-cü il təvəllüdlü Cəfərov Valeh Fərman oğlu evin damında təmir işi görən zaman, ehtiyyatsızlıqdan yerə yıxılıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan C.Valehə sağ qol sümüyünün sınığı və yeddinci döş fəqərəsinin sınığı diaqnozları qoyulub. 

O, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

float: left; width: 100%;">

Xəbər lenti