Millimizin baş məşqçisi: "Qalibiyyətimizdən zövq almağı bacarmalıyıq"

Millimizin baş məşqçisi:

Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdi. 

Azeritimes.Az goal.az-a istinadən xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisiMilton Luis Ziller Junior deyib.

Kolumbiyada təşkil olunan dünya çempionatının ilk oyununda Mərakeş üzərində 5:0 hesablı qələbə qazanan komandamızın çalışdırıcısı görüşdən sonra tarixi uğurla bağlı fikirlərini bildirib: "Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik. İndiki məqamda qalibiyyətimizdən zövq almağı bacarmalıyıq, amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq".

Xəbər lenti