Mingəçevirdə internat məktəbinin yataqxanası yandı

Mingəçevirdə internat məktəbinin yataqxanası yandı
Mingəçevirdə yerləşən yataqxanalardan birində yanğın hadisəsi baş verib.

İnternat məktəbi yataqxanasının ikinci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisə ilə əlaqədar binadakı şəxslər ərazidən təxliyyə olunub. Yanğın çevik müdaxilə nəticəsində lokallaşdırılıb. Hadisə yerinə həkim briqadası cəlb olunsa da, tibb işçilərinin müdaxiləsinə ehtiyac qalmayıb.

Qeyd edək ki, hadisə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!


Xəbər lenti