MirHəsən Seyidov: "Nə qədər böyük problemlər olsa belə onların Dağlıq Qarabağ adlı bir problemi var"

MirHəsən Seyidov:

AzeriTimes.Az "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidovla olan müsahibəni təqdim edir:

- Özünüzü təqdim edin...

- MirHəsən

- MirHəsən Seyidov və siyasət?

- Əslində bu sualı uzun müddət bundan öncə mənə versəydiniz mən bu suala belə cavab verərdim: Hər zaman siyasətdəolmağımı istəyən adamlar olsa belə mən heç zaman siyasətdəolmağı sevmədim və siyasətdə olmaq istəmirdim amma təcrübə vəaparılan işlər onu göstərir ki, ictimai siyasi fəallıqla məşğul olmaq lazımdı. Siyasətlə məşğul olmayan, istənilən gənc Azərbaycan adını qoruya bilər, istənilən gənc siyasətin tam bir yerində özünə bir yer eləməlidir. Öz mövqeyini ortaya qoymalıdır və ölkədəaparılan siyasətlə bağlı maraqlanmalıdır.

- Niyə gənclər sektoru?

- Əslində bu sualın cavabı çox aydındır. Niyə məhz gənclər sektoru? sualının cavabı belədir: ‘‘Əldə oluna bilən birşans. Mən bunu şans adlandırıram. Niyə? İstəmədən özümü gənclər sektorunda tapmışam. Sadəcəöz marağımın arxasınca getdim və həqiqətəndə düşündüm ki, gənclər sektoru maraqlıdır. Mənim üçün niyə gənclər sektoru? sualının cavabı isə belədir: gənclər dinamikadır, gənclər maraqlıdır. Mən gənclərlə işləməkdən şəxsən zövq alıram. Məhz Gənclər sektoru ona görə ki, mən düşünürəmki hansısa bir gəncin inkişafına yönəlik nəsə verə bilərəm ona. Hansısa bir təcrübə, hansısa bir iş imkanı, hansısa bir maraq, hansısa bir irəliləyiş, hansısa bir nəticə. Amma niyə məhz gənclər sektoru, yəni mən əvvəlcədən planlaşdırmışdımmı ki, gənclər sektorunda olacam? Xeyr. Mən öncədən planlaşdırmamışdım heçnəyi.

- Təsadüfmü gətirdi sizi bura?

- Könüllülük fəaliyyəti nəticəsində, təsadüfən bir qapını döydüm və həqiqətəndə Gənclər təşkilatı olduğunu gördüm, maraqlı gəldi. Müəyyən bir fəaliyyətdən sonra həqiqətəndə hesab elədim ki, mən özümü burada inkişaf elətdirə bilərəm. Düşünürəm ki, gənclər sektoru mənim inkişafımda böyük rol oynayıb.

- MirHəsən Seyidovun ən böyük zəifi?

- Bəzən özüm özümü qınadığım və bəlkədə yeganə zəif cəhətim odur ki, çox səmimiyəm. Bəlkə də bu, insanlar tərəfdən normal qəbul olunsa belə, mənim ücün heç bir zaman hansısa tədbirdə ön sıralarda oturmaq və yaxud da ön sıralarda şəkil çəktirmək maraqlı olmayıb. Bəlkə də bu daha çox səmimi olduğumdan irəli gəlir və mənim digər gənclərdən xüsusi bir fərqim yoxdur. Mən də onlar kimi gəncəm, mən də onlarla eyni həyat tərzini yaşayıram, mən də səhər dururam, axşam yatıram və yaxud mən də onlarla eyni vaxtda yemək yeyirəm. Sadəcə mənim məsuliyyətim daha çoxdur, mənim görəcəyim işlər daha çoxdur. Düşünürəm ki, zəif cəhətlərimdən biri o bəzi insanlarla həqiqətən də çox səmimi olmağımdır ki, onlara görə müəyyən problemlər yaşayıram.

- MirHəsənin ən çox işlətdiyi sözlər?

- ‘‘Çox gözəl”, "Əla”, ‘‘Super”, ‘‘Qrandioznıy” bu kimi sözlərdən istifadə edirəm. (gülür)

- Başqa?

- "İrəli”.

- Media çox az insanı qəbul edir və sevir. Siz isə medianın dostu olmağı bacardınız.

- Bəli.

- Bunu necə elədiniz? Hər hansı tövsiyə verə bilərsinizmi? Mən bunu elədim və alındı?

- Yox. Sadəcə mən belə düşünürəmki , ümumiyyətlə jurnalistika nəcif bir incəsənətdir. Həqiqətən də mediada işləmək çox böyük bir məsuliyyətdir. Bir xəbəri olduğu kimi, doğru ünvana, doğru şəxsəçatdırmaq çox böyük məsuliyyət tələb edir. Mediada olan silahdaşlarımız az deyil, mən sadəcə onlarla hər zaman onların diqqətini oxşaya biləcək cisimlərdə, hər zaman onlardan biri olaraq çalışmışam. Mənim media ilə bağlı böyük bir layihəm olub, Azərbaycanda birinci dəfə gənc jurnalistlər üçün yay və qış məktəblərinin təşkili. Bundan sonra media dostları arasında müəyyən bir münasibətlər qurulmağa başladı. Düşünürəm ki, əslində bir çox şeyin nəticəsi də sırf burdan qaynaqlanır vəsırf buradan irəli gəlir. Və media ilə işləmək əslində çətin olsa da belə, onların standartları və sənin standartlarına uyğun bir standart yaratmalısan. Mənim üçün jurnalistlərləişləmək çox rahatdır.

- MirHəsən işdən kənarda necə biridir?

- Əslində çox sərbəst biridir. İşdən kənarda bəlkə də daha yumşaq biridir. Və ətrafda baş verən prosesləri olduğu kimi dəyərləndirməyi bacaran biridir, ailə canlıdır, ailəsinəbağlı biridir, hansısa da bir yerdə inkişafa nail olmaq istəyən biridir. Düşünürəm ki, işdən kənarda beləinsanın obrazları dəyişməməlidir. Amma iş bəzən eləbir standartlar yaradır ki, insan məcburən o aradaki prosesləri qorumaq üçün, bəzi yerlərdə imic dəyişikliyi edir.

- İdman, siyasət yoxsa sevgi?

- Çətin sualdı əslində. Mən hamısını deyərdim. Hansısa birini ayırmaq istəməzdim. İdman mənim illərlə məşğul olduğum bir şey olmuşdur. Müəyyən bir yerdə balaca da olsa uğurlar olmuşdur və mən düşünürəm ki, mənim inkişafımda həqiqətən çox böyük rolu olub. İdman məni indiyənə qədər çox pis yerlərdə, çox pis vəziyyətlərdən çıxartmağı bacarıb. Siyasət düşünürəm ki, gənclər siyasəti tərəfindən baxsaq həqiqətən də çox maraqlıdır. Artıq mənim həyatımın bir hissəsidir. Mən bundan qaçmaqda istəmirəm, əksinə bundan zövq alıram. Sevgi əslində mənim üçün olmayan məvhumdur. Mən ümumiyyətlə düşünmürəm ki, belə bir adlı hansısa bir mövhumat var. Mənə görəinsanların bir-birinə sayğısı, insanların bir-birinə dostluq münasibəti var, insanların inamı və həqiqətən aralarında yarada biləcək möhkəm bağlılıq var. Mən demirəm ki, sevgi yoxdur. Var vətənə sevgi, valideynlərə qarşı sevgi, amma şəxsi münasibətlərdə mən heç bir zaman bunu düşünməmişəm. Sadəcə hörmət, qarşılıqlı bağlılıq, insanların bir-birlərini qəbul eləməsi çox vacib faktordur. Ona görə də hər üç məsələ mənim həyatımda böyük yer alır.

- Həyatınızın ən pis anı?

- Əslində bu ‘‘ən” lər çox çətin suallardır amma mən düşünürəm ki, hər bir insan həyatında çətin anlar yaşayır və eynisiylədə mən çox pis anlar yaşamışam. Bəlkədə ən pis anlardan biri sənə görə həqiqətəndə valideynlərinin pis olduğunu hiss etməndir. Misal olaraq, hərbi xidmətə gedən zaman hiss edirsən ki, sənin bir parçan sənin yanında yoxdu və onlar sənə görə pis olurlar. Sırf onların pis olduqlarına görə birdə sən pis olursan.

- Hansılarla daha yaxşı dost olursunuz? Qadın yoxsa kişi?

- Buna xarakter olaraq baxmaq lazımdır. Fərqlilik qoymaq istəməzdim əslində. Hər ikisi ilə də yaxından dost ola bilərəm amma mənim üçün oğlan xarakteri yəni kişi xarakteri daha öncəlik təşkil edir. Niyə? Sualını versəniz, mən bu sualın cavabını belə əsaslandıra bilərəm: Xanımlar daha çox stabilliyə meyilli deyillər, stabilliyə meyilli olmadıqları üçün bir an ayıla bilərsiniz ki, onun başqa hədəfləri var, o tamam başqa bir yerdədir. Təbii ki bu mənim xanım dostlarımın olmadığını xəbər vermir, mənim çox yaxşı sinif yoldaşlarım, qrup yoldaşlarım var. Hansı ki biz onlarla indiyə kimi də dostluq edirik. Düşünürəm ki, ümumiyyətlə ən əsas və ən vacib faktorlardan biri ümumiyyətləinsanların bir-birlərinə həqiqətəndə qarşılıqlı dəyər verməsini bacarmaqdır.

- MirHəsən üçün xəyanət nə deməkdir?

- Yalan deməkdir. Mən düşünürəm ki, ümumiyyətlə xəyanətin ən birinci faktoru yalandır. Təbii ki, biz özümüz belə bəzən şirin olsa belə hansısa yalanlar demək məcburiyyətindəyik amma mən düşünürəm ki, danışıla istənilə biləcək hansısa bir balaca yalan sabahları xəyanətin ən böyük formalarından biridir.

- MirHəsənin qəhrəmanı kimdir?

- Atam. Mənim üçün hər zaman obraz olaraq mənim inkişafıma çalışan biri olduğu üçün mən hər zaman onu mənim üzərimdə zəhməti olan ən böyük qəhrəman hesab eləmişəm. Çünki istər idman, istər təhsil, istər universitetdə, hərbi xidmətdə, instənilən bir yerdə mən onu hər zaman yanımda ən yaxın dost kimi görmüşəm.

- Universitet illəri sizin üçün nə deməkdir? Yaxşı xatirə yoxsa pis xatirə?

- 4 ilimi itirdi ... Əslində yaxşı xatirədir. Çox yaxşı xatirədir amma mən düşünürəm ki, özəl universitedədaxil olduğum üçün pis olsam belə reallıqda həqiqətəndəaldığım təhsilə görə universitetimə minnətdaram. Gənclərə tövsiyəmdə odur ki, universitet müddətlərini çox yüksək şəkildə dəyərləndirsinlər.

- Özünüz özünüzü nəyəsə görə qınadığınız olub?

- Olub. Mən özümü əslində çox tez-tez qınayıram. Ən çoxuda axşamlar, insanların bəzən özləri ilə tək qaldıqları vaxt. Əslində bəzi hadisələrdə insanlara göstərdiyim ehtimata görə özümü qınayıram. Bəzən həqiqətən də hansısa bir yerdə kiminsə xətrinə dəydiyim üçün özümü qınayıram. Bəlkədə istəmədən kiməsə əsəbləşdiyim üçün özümü qınaya bilərəm. Ama təcrübə göstərir ki, özünü qınamaq hətta düzgün tənqid etmə bacarığının olması beləinkişafdır. İnsanın ümumiyyətlə inkişafına çox böyük təsir göstərir. Hər bir şəxs özünü düzgün tənqid etməyi bacarmalıdır. Əgər mən özüm-özümü düzgün tənqid edə bilmirəmsə mən sabahkı gün MirHəsənin inkişafından danışa bilmərəm.

- Siz artıq uğur qazanmış bir gəncsiniz. Bir çoxları üçün bu belədir və bəzən gənclər elə olur ki, deyirlər məndəçox çalışıram amma mən uğur qazana bilmirəm. Niyəo qazanır mən yox? Belə gənclərə nə deyərdiniz?

- Əslində çox yaxşı verilmiş bir sualdır. Bir gəncin ümumiyyətlə uğur hekayəsi onun özündən başlayır. Mən sadəcəiki şeyi üstələyə bilərəm, burda ən əsas iki faktor var. Birinci faktor istək, ikinci faktor məqsəd. Əgər istəkləriniz və məqsədləriniz tamı tamına bir-birini tamamlaya bilirsə uğur qazanmağın ən əsas modulunu, düsturunu tapmısınız deməkdir. Mən düşünürəm ki, bu kimi gənclər mən burda özümü sınadım ama bacarmadım tendendiyasına qaçmamalı və həqiqətəndə özlərinə uğurlu ola biləcək bir yeri seçməlidirlər. Bu o demək deyil ki, mən sabahları mədəniyyət üzrə oxumuşamsa və yaxud incəsənət üzrəoxumuşamsa, mən sabah gedib hansısa bir uğurlu həkim olmaya bilərəm. Belə bir yanaşma yoxdur. Sadəcə insanlar özlərini yoxlamalıdırlar və həqiqətən də onlara açıq ola bilən bir aurada, onları özlərinin belə sevdikləri bir aurada özlərini tapmalıdırlar.

- "MirHəsən artıq bizi saymır, artıq bizəyuxarıdan aşağıya baxır". Belə ifadələrlə rastlaşırsınızmı? Nədə olsa MirHəsən Seyidov artıq gənclər siyasətindədir...

- Əslində var. Bir çoxları hətta məni tanıyan ortaq dotlarımızdan belə dəfələrlə soruşurlar ki, biz 5 il bundan öncə 3 il bundan öncətanıdığımız MirHəsəndirmi o? Var belə insanlar. Sadəcə mən bu insanlara yeganə bir şey demək istəyirəm. Mənim üçün dəyişə bilən standartlar yoxdur. Mənim üçün bir standart var, oda insanların bir-birləri arasında olan hörmətdir. Bu MirHəsənin harda, necə və hansı statusda olmasından aslı olmayaraq dəyişə bilir.

- Ən böyük səhviniz bu həyatda?

- Mən belə düşünmürəm ki, indiyənə qədər çox ciddi səhv etməmişəm. Sadəcə düşünürəm ki, hansısa da bir yerdə mütləq olaraq ki, səhvlərim olmuşdur. Bəlkə də seçimimdə bəzən yanılmışam, bəlkə dəinsanlara etimadımda yanılmışam amma ən böyük deyə adlandırdığım xüsusi bir səhvim yoxdur həqiqətən də. Özüm-özümdə bunu belə qəbul edirəm.

- Gənclər siyasətində olan insanlar, adətən əksəriyyəti evdəkiləri yaxınları tərəfindən qınaq obyektinə çevrilirlər. Sizdə də belə bir hadisələr oldumu?

- Yaxın müddətə qədər mən öz valideynlərimə hələ də nə işlə məşğul olduğumun məğzini anlata bilmirdim. Əslində normaldır bu insanlar sovet idealogiyasıyla yaşayıb o mühittdə böyüyən biriləridir. Azərbaycanda ümumiyyətlə gənclər siyasətinin yarandığının 20 iləyaxın olduğunu nəzərə alsaq həqiqətəndə bunu yeni bir tendensiya kimi insanlara izah etməyə başlasaq görərik ki, qeyri-adi bir şey haqqında məlumat veririk. Mən inanıram ki, 90 faiz gənclər siyasətində olan adamların hamısı bununla qarşılaşmışdır. Mən də bu günə qədər bununla qarşılaşıram hətta, bəzən gecə saat 12-də evə daxil olursunuz və sadəcə çantanı götürüb evdən çıxmaq məcburiyyətindəsiniz çünki sabahları hansısa bir ölkədə böyük bir tədbirdə təmsil olunacaqsınız. Və bu zaman evdəkilərin sualı: hara gedirsən? Niyə gedirsən?

- Son olaraq gənclərə tövsiyəniz.

- Əslində mən hər dəfəsində deyirəm bunu, Azərbaycanlı olaraq bir neçə şeyi unutmamalıdırlar. Azərbaycan elə bir cəmiyyətdir ki, son neçə ilində həqiqətəndə çox böyük vəağrılı yol keçib. Biz hər gün olan problemləri görürük istər ictimai nəqliyyatda, istər mədəniyyət, istər incəsənət, istər digər sahələrdə. Cəmiyyət nə qədər ki var, nə qədər ki, biz insanlar bu istiqamətdə dayanmadan çalışırıq, təhsil alırıq, mədəniyyətlə məşğul oluruq, musiqiylə məşğul oluruq bu kimi problemlər hər zaman mövcud olacaq. Sadəcə mənim gənclərə tövsiyyəm budur ki, möhkəm olmaq lazımdır, iradəli olmaq lazımdır, dayanıqlı olmaq lazımdır, hədəfləri və məqsədləri düzgün istiqamətə yönəltmək lazımdır və problemlərin tam olaraq ortasında olan biri kimi hər zaman düzgün insanlardan, düzgün məsləhətlər almaq lazımdır. Və sadəcə bu məqsədləri nəticəolaraq yoxlamaq lazımdır. Sadəcə mənim gənclərə yeganə tövsiyəm tarixlərini yaxşı bilsinlər, heç bir zaman unutmasınlar ki, nə qədər böyük problemlər olsa belə onların Dağlıq Qarabağ adlı bir problemi var. Həmişə öz üzərlərində çalışsınlar, inkişafa meyilli olsunlar, hədəflərini və məqsədlərini bəlirləmiş olsunlar. Mən mütləq bilirəm ki, bu kimi gənc özü-özünü potensial olaraq inkişaf etdirə bilirsə, reallıqda hansısa müsbət nəticə əldə edəcəkdir. Təşəkkürlər.

- Çox sağolun.


Türkan Nadirqızı

Xəbər lenti