Miri Yusif mahnıları oğurlayaraq dinləyicilərini aldadırmış: "Öz adına çıxarıb, adımı dananda..." — SƏRT İTTİHAM (VİDEO)

" Onun ətrafındakı insanlar da bilir ki, dəfələrlə münasibətlərimiz pozulub"
Ölkə.Az xəbər verir ki, türkiyəli müğənni Funda Ararla Miri Yusifin arasında yaşanan qalmaqalda adı hallanan, "Bağışla" mahnısının müəllifi olduğunu iddia edən MC Murad açıqlama yayıb.
O, "Youtube" kanalına yüklədiyi videoaçıqlamada yaşanan qalmaqala münasibətini bildirib. MC Murad bildirib ki, Miri Yusif onun mahnılarını öz adına çıxararaq dinləyicilərini aldadırmış.
"Ötən həftə Miri Yusif sosial şəbəkələrdə mənim "Bağışla” mahnımla bağlı bir xəbər yaydı. Çoxlarına məlum deyil, ancaq o, solo karyeraya başlayandan ifa etdiyi və onu tanıdıb, sevdirən mahnılarının müəllifi məhz mənəm. Bu siyahıda "Soruş”, "Etiraf”, "Səndən olmaz”, "Yoxam mən”, "Mən heç kiməm”, "İki doğma insan”, "Bağışla” və bir çoxları yer alır. Bilirəm ki, bəzi mahnıların müəllifi kimi özünü qeyd edib və əlinə düşən hər fürsətdə haqqımı danıb, yaradıcılığımı mənimsəyib. Onun ətrafındakı insanlar da bilirlər ki, dəfələrlə münasibətlərimiz pozulub. Hər dəfə də səbəb onun mənə qarşı etdiyi ədalətsizlik olub. O, ilk dəfə mahnımı oğurlayıb, öz adına çıxarıb, müəllif kimi adımı dananda, haqqımı ödəməyəndə belə informasiya agentliklərinə qaçmadım. Bilirdim ki, Miri Yusif qədər izləyicim yoxdur. Bu isə kənardan reklam xarakterli kimi görünə bilərdi. İlahi ədalətə güvənib, yaradıcılığımla məşğul oldum. "Leyli və Məcnun” müziklını yazdım. Bu Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutdu. Hazırda Heydər Əliyev Fondu ilə birgə çalışıram. İstanbuldayam və Azərbaycanımızı təmsil edirəm. Miri Yusif və onun komandası çalışırlar ki, mənim qazandığım uğurlara xələl gətirsin", - deyə MC Murad bildirib
O, Miri Yusifə üzünü tutaraq aşağıdakıları söyləyib:
"Əgər bu mahnıları həqiqətən özü yazıbsa, çıxsın xalq qarşısında sübut etsin. Mənim əlimdə yazdığım hər mahnının faktı var. 15 yaşımdan musiqi ilə məşğulam, 13 yaşımda anamı, 17 yaşımda isə atamı itirdim. Ailəmə baxıram. Öz zəhmətkeşliyimlə və istedadımla qazanmışam. Heç kimin haqqına girməmişəm. Xalqın gözü tərəzidir, düzü əyridən seçməyi bacarıb".
Açıqlamanın videosunu sizə təqdim edirik:
Xatırladaq ki, Funda Arar ifaçı Miri Yusifin "Bağışla" adlı mahnısını səsləndirib. Miri Yusifin "Ağ Qarğa" albomunda yer alan bəstənin sözləri və musiqisinin ifaçının özünə məxsus olduğu deyilir.
Qeyd edək ki, Ararın dostu, türkiyəli şair Günay Çoban sosial şəbəkədə bəstənin azərbaycanlı MC Murada aid olduğunu və ondan icazə aldıqlarını yazmışdı.
Funda Arar mahnıya çəkdirdiyi klipini də təqdim edib. "Bağışla" DMC musiqi şirkətində sinql formasında işıq üzü görüb. Miri Yusif sözügedən mahnını 2012-cİ ildə oxuyub.
Xəbər lenti
-
19:47Almaniyadan İrana qadağa
-
19:23Səhiyyə Nazirliyi bu dərmanı geri çağırdı - SƏBƏB
-
18:55İlham Əliyev Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
-
18:43Prezident İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib
-
18:42İşdən çıxarılandan sonra Azərbaycandan köçən məmurlar: Onlar indi haradadır?
-
18:39Radikal müxalifətin özünüifşası
-
18:36Əməkdar artist Saleh Bağırovun babası imiş — FOTO
-
18:33Ankarada əməliyyat olunan "Müsavat" başqanı Bakıya qayıtdı (FOTO)
-
18:26Hüquq müdafiəçiləri Mehmana görə Prezidentdən xahiş etdilər - FOTO
-
18:20Qanalı “Barselona”da?
-
18:17Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
-
18:16AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb
-
18:12Prezident Hacı İsmayılova “Şöhrət” ordeni verdi
-
18:04Azərbaycan əhalisinin sayı açıqlandı
-
18:00Azərbaycan ən yaxşı qış kurortları arasında
-
17:51"Trabzonspor"a təklif: Azərbaycan çempionatına qatılın
-
17:47Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
-
17:43"Neftçi"nin transferi: "Gəzirəm, içirəm, yatıram" (VİDEO)
-
17:36Rus hərbçiləri təlim zamanı öldü
-
17:25Ərdoğan Trampı təndiq etdi: "Onlar verdikləri vədin arxasından qaçırlar"
-
17:00Azərbaycanda icra başçısını güllələyən məhkum həbsxanada öldü
-
15:25Razim Məmmədovun qohumunun məhkəməsi oldu - iş üzrə memarda dindirildi
-
15:15TV və radio işləməyəcək - Hansı günlərdə?
-
15:11“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - FOTO
-
14:53Qurban Qurbanovdan Pedro açıqlaması
-
14:50Həyat yoldaşı kapitanı ölümdən qurtardı
-
14:48Keçən ilin ən fəal mətbuat xidməti hansıdır?
-
14:42Məşhur boksçu avtomobil qəzasında dünyasını dəyişdi
-
14:36Şərtləri razılaşdırdı, Fransada qalır
-
14:3520 milyonluq yol 1 ay sonra niyə çökdü? - FOTOLAR
-
14:23Azərbaycanda dəhşətli ailə faciəsi - Əvvəl qız, sonra 28 yaşlı qardaşı öldü
-
14:20Artıq 3 təklifdən imtina edib
-
14:15Qripdən qorunmaq üçün təbii üsullar
-
14:09Bakıda sabah da duman olacaq
-
14:02Bu günlərdə TV və radio işləməyəcək
-
14:01101 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
-
14:00Mənim üçün ən şərəfli vəzifə analıqdır
-
13:56"Donuz qripi" daha bir ölkəni ağuşuna aldı
-
13:53Azərbaycanda TV və radio işləməyəcək - Hansı günlərdə?
-
13:52Nazir müavini: Azərbaycanda qadın sahibkarların sayı artır