Moskvada 1 milyon insan namaz qıldı - FOTOREPORTAJ

Moskvada 1 milyon insan namaz qıldı - FOTOREPORTAJ

 

Rusiyada müsəlmanlar Qurban bayramını qeyd edib.

"Report"un verdiyi xəbərə görə, bazar günü gecə saatlarından Moskvada yaşayan minlərlə müsəlman Rusiya paytaxtındakı Cümə məscidində toplaşaraq bayram namazı qılıblar.

Məscidə keçə bilməyənlər isə ibadətlərini məscidin ətrafında ediblər. Bir qədər sonra yaxınlıqdakı küçələrə xalçalar salaraq müsəlmanlar ibadətlərini davam etdiriblər.

Rusiya paytaxtının DİN idarəsinin verdiyi məlumata görə, sentyabrin 11-i və 12-si səhər saatlarında Moskva məscidlərini 1 milyonadək insan ziyarət edib. 


Xəbər lenti