Murad adlı əngəlli gəncin sağlam düşüncələri-Köşə

Murad adlı əngəlli gəncin sağlam düşüncələri-Köşə

  Birini anlatacam sizlərə. Anlatdığım birini anlatacam,bilirsiz niyə? Təkrar olsun deyə deyil,ona baxıb öyrənin deyə,ona baxıb, nümunə götürün deyə,ona baxıb insanın o kiçik vücudunda necə böyük ürək daşıdığını anlayın deyə,.. Bu gün onunla həkimə getdik,ümid vardı ürəyimizdə onu yaşatmaq üçün,həm o, həm mən o ümidimizi gizlədirdik bir-birimizdən, amma o, gözlərimizdə elə çırpınırdı ki,ta ki həkimin dediklərini anlayınca...Ele bildik ki, sındı qol qanadımız ,ele bildik ki, ümid işığımız söndü,amma anladıq hər ikimiz bir daha,Allah hər birimizə daşımağı bacardığı qədər sınaq verir. O, bu cılız, balaca bədəniylə, dünya qədər yük daşıyırdı, əngəlli sayılsa da,.Mənə söyləmişdi zatən .Bax, bacım, sən bunu qəbul et ki,yox cavabını ala bilərik. Çünki, O,bilirdi, görürdü, Urəyimdəki istəyimi,onu ayaq üstə tam normal yeriməsini görmə istəyimi,bu üzdən məni xəbərdar etmişdi,bax birdən deyərlər olmaz ,hazır ol! Elə bilirsiz ki, o istəmirdi? Əlbəttə onun arzusu, əlçatmaz xəyalı olardı hər birimiz kimi, normal görünmək, normal yerimək,amma Allahım onu bu sınağa layiq görmuş və o da əsl Tanrı qulu olaraq qəbullənmişdi bunu. Həkim inanmırdi ki,o ,bu xəstəliklə ağaclarla da olsa, yeriyir, deyirdi ki, bu çox nadir hallarda olur ki, bu xəstəliklə insan yeriyə bilsin, çünki, sümüklər bədəni saxlamır,tez- tez sınır,amma Murad başarmışdı, bəli O, Murad,görünüşcə əlil sayılan amma, çox qabiliyyətli olan qardaşım, Allah ona o qədər mədəniyyət ,o qədər ağıl,o qədər tərbiyyə verib ki, mən onun hər hərəkətindən hiss edirdim, nə qədər gözəl bir insanın yanında olduğumu, onunla söhbət etdiyimçün, onunla derdləşdiyimcün çox sevinirdim.Murad çoxlarımızın heç fikir vermədiyi elə hallardan danışdı ki,əslində insan mədəniyyəti bunlarla təyin olunur. O,qeyd etdi ki,o da mənim kimi Vətənini sevir,amma bu xoşagəlməz hallar ona da pis təsir edir. Vətəndaşlarımızın əksəriyyətində sıra mədəniyyəti,sərnişin -sürücü mədəniyyəti,şəhərin təmizliyini qoruma mədəniyyəti,böyük-kiçik hörməti demək olar ki,yoxdur. O hətta bu problemlərin həlli yolunu da qeyd etdi: Bizim təhsil sistemimiz elə qurulub ki,övladlarımızı ancaq savadla,biliklə yükləyirik.,Onlara dünyəvi bilikləri, mədəniyyəti öyrətmirik .Hər şey məktəbdən başlayır,amma bəzən orta yaşlı qadınlardan elə kobud rəftar görürsən ki,heç nə qadınlığına, nə yaşına uyğunlaşmır bu....Hələ tikililəri demirəm,fikir verirsinizsə,ümumiyyətlə, tikilən binalarda əlillərin istifadəsi üçün bir yol qoyulmayıb,yəni əlil arabasında olan insan,bu binaların heç birindən istifadə edə bilməz,mən çox şükür ağaclarla gəzə bilirəm pilləkənlarla qalxıram,bəs əlil arabasında heyatını keçirən vətəndaşlarımızı niyə düşünmürlər? Görəsən, bu tikililərin proyektini verən insanların bu haqda anlayışı yoxdur? Biz bir-birimizi başa düşürdük,mən 24 yaşlı əngəlli bir gəncdən danışıram. Hansı ki onun hər cümləsi çox yaşlı insanlara layiq bir hörmətlə ifadə olunurdu..O, arzularını da bildirdi,maşın almaq istəyir,sonra ailə qurmaq,amma bu işlə çətin idi bir az ona,özü internet üzərindən reklam işi ilə məşğul olurdu və həm də sayt adminstratorluğunu bacardığını söylədi. Deyirdi ki, bu işlə məşğul oluram, amma daimi işim olsaydı, bir çox arzularımı reallaşdıra bilərdim...Ümidlərimiz sınsa da, Muradın da, mənim də,onun normal gəzə bilməyi istəyimiz sınsa da, məni sevindirən bu idi ki, mənim belə bir qardaşım var,mən belə bir insanı tanıyıram,o iki ağacla yerisə də qıvraq hərəkətlərilə, mədəni davranışı ilə hamının diqqətini çəkir,hələ seminarlarda cıxış edən zaman, hansısa bir hadisəni izah edən zaman, onu dinləmək çox maraqlıdır..Bax bununçün sizlərə anlatıram onu,insan dünyaya nə cür gəlirsə gəlsin,o,doğru insan olmalı, təmiz ürəkli, ətrafına diqqətli,təmizkar, öyrənmə həvəsli biri olmalı.....Onunla söhbət zamanı ona anladırdm ki,elə insanlar var ki,çox böyük vəzifələrdə oturur, amma ürəyi yoxdur, ətrafını görmür, o, öz günahlarıyla gedəcək bu dünyadan...... Murad sənin isə səni ayaqda tutan ayaqların olmasa da, sənə qanad verəcək əməllərin var, ürəyin var. Allah səni bununla qiymətləndirəcək İNŞALLAH! O, onsuz da, bunları bilirdi,siz də bilin! Həyatda varlı -dövlətli olmaq olar, amma xeyirxah əməllərin toxuduğu qanadları, hər kəs əldə edə bilmir,xeyirxah işlərlə təmizlənmiş ürək, hər kəsdə olmur,insan sevgisi, hər insanda olmur.....Hər kim olursanız olun, amma öncə insan olun,özünüz üçün, son günüz üçün, Allahı Unutmayın!

Aytən Səfərova

Xəbər lenti