Musiqili Teatrda həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq

Musiqili Teatrda həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq
Teatrsevərlər

Bakı. 11 oktyabr. / Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 13-ü, 14-ü və 15-də, saat 12:00 və 19:00-da “Qafqazlı qardaşqızı” (R.Hacıyev), “Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrimm qardaşları), “Baladadaşın toy hamamı” (Elçin), “Qırmızıpapaq” (E.Sabitoğlu, Y.Şvarts) və “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva) tamaşaları təqdim ediləcək. 

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində xalq artistləri - Afaq Bəşirqızı, Fatma Mahmudova, əməkdar artistlər - Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Çingiz Əhmədov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar - Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Emil Heydərov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Rauf Babayev, Mehriban Zalıyeva, Nicat Əli, Aydan Həsənova, Elçin İmanov, Gülnarə Əzizova, Telnaz Hüseynova, Ruslan Mürsəlov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Şaban Cəfərov, Zarina Qurbanova, Elməddin Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Pərvin Dadaşova və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, oktyabrın 13-də, saat 19:00-da SSRİ xalq artisti R.Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri rus dilində böyüklər üçün, oktyabrın 14-də, saat 12:00-da C.Barri və Qrimm qardaşlarının “Bremen musiqiçiləri və Pen”, oktyabrın 15-də, saat 12:00-da isə E.Sabitoğlu və Y.Şvartsın “Qırmızıpapaq” nağıl-tamaşaları uşaqlar üçün Azərbaycan dilində nümayiş olunacaq.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. 

float: left; width: 100%;">

Xəbər lenti