Mövlud Çavuşoğlu: "Xəzərin dibi ilə Bakıya neft kəməri çəkilə bilər"

Mövlud Çavuşoğlu:
"Tarixi İpək yolunun canlandırılması istiqamətində Türkiyə, Azərbaycan və Türkmənistanın üzərinə böyük məsuliyyət düşür və bu nəqliyyatda ən önəmli 3 ölkə biz oluruq".

Qaynarinfo xəbər verir ki, bu sözləri Aşqabadda Türkmənistanın XİN rəhbəri Rəşid Mərədovla görüşdən sonra baş tutan mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
O, Xəzərin altı ilə Türkmənistandan Azərbaycana neft kəmərləri çəkilməsi məsələlərini də müzakirə etdiklərini bildirib:

"İpək Yolunun canlandırılması üçün bir tərəfdən dəmir yollarının çəkilməsi, digər tərəfdən quru nəqliyyatı və enerji təhlükəsizliyi baxımından xüsusilə Türkmənistanın istehsal etdiyi qazın Avropa bazarlarına çıxarılması üçün TANAP-la əlaqələndirmə və Xəzər dənizinin altından neft kəmərlərinin çəkilməsi məsələlərini müzakirə etdik. Bu ayın sonunda Türkmənistan nəqliyyatla bağlı regional konfrans keçirəcək. Türkiyə olaraq təbii ki, biz də bu görüşdə iştirak edəcəyik".

Çavuşoğlu Türkiyə, Azərbaycan və Türkmənistanın iştirakı ilə üçtərəfli zirvənin də gerçəkləşdiriləcəyinin mesajını verib.

Xəbər lenti