“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətində işləri davam etdirəcək

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətində işləri davam etdirəcək

Bakı. 12 yanvar. / “Nar” 2017-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətində planlaşdırılmış genişmiqyaslı işləri uğurla həyata keçirərək yüksək nəticələr əldə edib. Belə ki, il ərzində mobil operatorun baza stansiyalarının ümumi sayı 6500-ü ötüb, işğaldan azad edilmiş ərazilərdə şəbəkənin təmin edilməsi istiqamətində işlər görülüb, şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərə çarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidməti təqdim edilib”. 

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqladığı press-reizdə məlumat verilib.

Məlumata görə, 2017-ci ildə 400-dən çox 4G (LTE) baza stansiyası quraşdıran “Nar” LTE stansiyalarının sayını 1000-ə çatdırıb, Gəncə şəhəri və ətraf bölgələrdə 4G baza stansiyaları quraşdıraraq bölgələrdə LTE şəbəkəsinin təmin edilməsi prosesinə uğurla start verib.

Bundan əlavə, LTE-A (LTE Advanced) şəbəkəsinin Bakı və Abşeron yarımadasını əhatə etməsi təmin edilib. 300-dən çox 3G baza stansiyasının quraşdırılması ilə 3G stansiyalarının ümumi sayı 2500-ü keçib. 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərindən 3G IP (Internet Protocol) xətlərinə keçid baş tutub. Nəticədə 3G şəbəkəsinin 99,7%-nin IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərməsi təmin edilib və baza stansiyalarının IP transmissiya zolağı boyunca son məntəqələr arasındakı əsas daşıyıcı transmissiya xətlərinin tutumunun şəbəkə üzrə artımı 2016-cı illə müqayisədə, ümumilikdə, 70%-ə çatdırılıb.

Qurumun açıqlamasında deyilir ki, görülmüş işlər sayəsində “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub: “Belə ki, 2017-ci ilin ikinci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində “Nar”ın şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirdi və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslandı”.

“Nar” 2018-ci ildə də təkmilləşdirmə işlərini davam etdirməyi, şəbəkəsini daha da mükəmməlləşdirərək həm paytaxt, həm də bölgələrdəki abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etməyi planlaşdırır.

Xatırladaq ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. 

float: left; width: 100%;">

Xəbər lenti