Nazir müavini: Azərbaycanda qadın sahibkarların sayı artır

Nazir müavini: Azərbaycanda qadın sahibkarların sayı artır
Bu gün qadınlar Azərbaycanda sahibkarlığın inkişafında xüsusi yer tutur.

Trend-in məlumatına görə, bunu "Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən tədbir zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O bildirib ki, bu gün dünyada sahibkarlıqla məşğul olan qadınların sayı artır:

"Bu gün dünyada qadınların sahibkarlıqda payı 25 faiz təşkil edir. Azərbaycanda da rəhbər vəzifələrdə qadınların sayı artır, onlar sahibkarlıq sahəsində daha çox fəaliyyət göstərməyə başlayırlar”.

S.Məmmədov qeyd edib ki, dövlət başçısı tərəfindən müəyyən olunmuş prioritet istiqamətlərdən biri ölkədə işgüzar mühitin inkişafıdır:

"Bu məqsədlə sahibkarlar üçün güzəştli şərtlər yaradılır, məmurla vətəndaş arasında ünsiyyətin azaldılması məqsədilə inzibati sistemin optimallaşdırılması üçün addımlar atılır”.



Xəbər lenti