Neftçilərə Fəxri fərmanlar təqdim edilib

Neftçilərə Fəxri fərmanlar təqdim edilib
Fəxri© Socar.az

Bakı. 19 oktyabr. / Bu gün 'Neftçilər günü peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri fərmanı ilə təltif olunmuş bir qrup əməkdaşa mükafatların təqdim edilməsi mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə açaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən yeni neft strategiyasının uğurlarından danışıb, qazanılmış nailiyyətlərdə fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. O qeyd edib ki, qazanılan nailiyyətlər Vətən və dövlətə sonsuz sədaqətin parlaq təzahürüdür. Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov şirkətin hazırda ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən danışaraq, bu layihələrin icra olunmasında Azərbaycan neftçilərinin daha böyük uğurlara imza atacağına əminliyini vurğulayaraq, təltif olunanları təbrik edib, onlara yeni-yeni əmək nailiyyətləri arzulayıb. 

Fəxri fərmanla təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildiriblər. 

float: left; width: 100%;">

Xəbər lenti