Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göyçayda vətəndaşlarla görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göyçayda vətəndaşlarla görüşüb
Ramin

Bakı. 13 oktyabr. / Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Göyçay şəhərində vətəndaşlarla görüşüb.

“Report”a daxil olan məlumata görə, nazir Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının, eləcə də Mingəçevir şəhərinin sakinlərinin telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib.

R.Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Qəbulda qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Görüşdə Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlər müvafiq qurumlara göndəriləcək.

Regiona səfəri çərçivəsində nazir aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb. R.Quluzadə müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

float: left; width: 100%;">

Xəbər lenti