Netanyahunun oğlu: "Bütün müsəlmanlar bu torpaqlardan getməlidir"

Netanyahunun oğlu:
İsrailin baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahu sosial şəbəkə hesabında müsəlmanlarla bağlı daha bir qalmaqal yaradacaq paylaşım edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün müsəlmanlara İsrail-Fələstin torpaqlarını tərk etməyi məsləhət görüb.

"Ya bütün yəhudilər, ya da bütün müsəlmanlar bu torpaqlardan (Fələstin-İsrail) getməyincə, burada sülh olmayacaq. Şəxsən mən ikincini seçərdim", - deyə o, yazıb.

Qeyd edək ki, bu, Netanyahunun oğlunun ilk belə paylaşımı deyil. O, sosial şəbəkə hesabında müsəlmanlarla bağlı tez-tez qalmaqal yaradacaq mesajlar verir.

Xəbər lenti