Nişanlısından imtina edən azərbaycanlı MƏŞHURLAR - FOTO

Nişanlısından imtina edən azərbaycanlı MƏŞHURLAR - FOTO

 

Ziyanın yarısından qayıtmaq da xeyirdir. Yəqin elə bu səbəbdəndir ki, bəzi şou əhli evlilik həyatına bir addım qalmış nişanı pozmaq fikrinə düşüb. Onlar kimlərdir?

Azeritimes.Az publika.az-a istinadən siyahını təqdim edir:

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova uzun zamandır nişanlı olduğu sevgilisindən ayrılıb.
 
Qeyd edək ki, sənətçinin keçmiş nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyununda nişanlanıb. Müğənninin birinci nişanlısı isə iş adamı Rza Zərrab olub. Amma Ebru Gündəşin azəri qızı ilə iş adamının arasına girməsi münasibətləri rəsmiləşdirməyə imkan verməyib.
 
Bu ilin martında nişanlanan müğənni Vüqar Muradov nişanlısı Fazilə xanımdan ayrılıb. Sənətçi ayrılıq səbəbini belə izah edib: "Bir müddətdən sonra başa düşdük ki, xasiyyətimiz uyğun gəlmir. Münasibət getdikcə daha da korlana bilərdi. Ailə qurub, sonra boşanmamaq üçün belə qərara gəldik. Artıq iki aydır nişan qayıdıb. Bu, tək müğənninin yox, hər kəsin başına gələ bilər. Qarşı tərəfə xoşbəxtlik arzulayıram, o, buna layiqdir".
 
"Keyxanım" obrazı ilə tanınan aktrisa Ülviyyə Əliyeva da nişanı qaytarıb. Aktrisanın ailə qurmaq istəməməsinin səbəbi sevdiyi oğlanın həddindən artıq qısqanc olması olub.

Xatırladaq ki, aktrisa Ülviyyə Əliyeva bir dəfə ərdə olub.
 
Müğənni Yaşar Cəlilov ötən il nişanlanması barədə açıqlama verdi. Jurnalist xanımla nişanlanan müğənni çox keçmədi ki, nişanın pozulduğunu elan etdi.


Xəbər lenti