“Niyə onlar mövqelərini bildirmir?” - Siyavuş Novruzov

“Niyə onlar mövqelərini bildirmir?” - Siyavuş Novruzov
"Bu gün Azərbaycan-Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrənənlər kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər?”.
 
Bunu deputat Siyavuş Novruzov parlamentdə çıxış edərkən deyib. 

Onun sözlərinə görə, İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur:
 
"Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda tədbirlər təşkil olunurmu? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?”. 

S. Novruzov söyləyib ki, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələri Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir:
 
"Rusiya parlamentində bir dənə Zatulin var. Amma minlərlə başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeləri dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətlərini dərk etməlidirlər”./qafqazinfo
 

Xəbər lenti