Noyabrda neftin qiyməti artmaqda davam edəcək, amma...

11 Oktyabr 2018, 21:31
11 Oktyabr
2018
21:31
472
Ekspert söylədi ki, 2016-cı ilin yanvarın 20-də ilk dəfə olaraq Brent markalı neftin qiyməti 27 dollaradək düşdü: "Həmin vaxt neft sənayesində çalışan 400 minə yaxın insan ixtisara düşdü. Şirkətlər məcburiyyət qarşısında özlərini mövcud şəraitə uyğunlaşdırdılar. 2017-ci ilin yanvar ayından etibarən isə qiymətlər sürətlə artmağa başladı. OPEC-in konfransında əldə olunan razılığa görə, OPEC ölkələri bir milyon, OPEC+ ölkələri isə 600 min barrel nefti bazardan çəkdi. Bu isə öz nəticəsini dərhal büruzə verdi. 2018-ci ildə də bu kvotalara əməl olundu. Qiymətlərin qalxmasının bir səbəbi isə Venesueladakı iqtisadi böhran oldu. Çünki bu ölkənin neft hasilatı 500 min barrelədək aşağı düşdü. May ayında isə qiymətlərin artımına təsir edən başqa bir səbəb yarandı. Belə ki, ABŞ prezidenti mayın 12-də İrana qarşı sanksiyaların birinci mərhələsinə imza atdı. O qeyd etdi ki, sanksiyaların növbəti mərhələsi daha sərt və güclü olacaq. Bu, bazara çox ciddi təsir etdi. İyun ayından etibarən şirkətlər və hökumətlər İranın idxal həcmlərini azaltmağa başladı. Nəticə etibarı ilə iyun ayında qiymətlər 70 dollar həddini keçməyə başladı. Sentyabr ayının 25-də isə qiymətlər 80 dollar dəhlizinə keçid etdi. Çünki sentyabrın 21-də OPEC-in Əlcəzairdə monitorinqi keçirildi. Hal-hazırda qiymətlər 83-85 dollar arasında dəyişir. Amma noyabr ayında qiyməti yenə də artacaq. Əslində hər şey bazarda baş verən situasiyadan asılıdır”.
UNEC-in professoru Elşad Məmmədov bəzi məqamlara toxudu: "Dünya iqtisadiyyatında baş verən proseslər neftin qiymətinə bilavasitə təsir göstərir. İqtisadi proseslər isə çox sürəli şəkildə dəyişir. Hal-hazırda dünya iqtisadiyyatında böyük struktur dəyişiklikləri edilməkdədir. Bu dəyişikliklər isə texnoloji amillərlə bağlıdır. Çin və onun ətrafındakı ölkələrdə böyük istehsal meydançası formalaşmaqdadır. Yüksək əlavə dəyər tutumlu məhsulların yeni mərkəzinin Şərqdə cəmləşməsi enerji bazarına da təsir göstərir. Belə olan halda, ABŞ administrasiyasının aqressiv xarici siyasətinin əsas səbəbləri görünməyə başladı. İqtisadi rəqabətdəki problemlər ABŞ-ı adekvat addım atmağa sövq etdi. Amma ABŞ-ın cavab reaksiyası əksər hallarda əks təsir göstərir. Biz bunu İrana və Çinə qarşı olan proseslər zamanı müşahidə etdik. Neft əsas enerji daşıyıcısı kimi öz əhəmiyyətini uzun illər saxlayacaq. Amma nəzərə almaq lazımdır ki, neftin dünya iqtisadiyyatındakı rolu tədricən azalacaq. Bu isə texnoloji inkişafın məntiqi nəticəsidir”.
Tədbir çıxışlarla davam etdirildi.
Şəbnəm Mehdizadə
Xəbər lenti
-
19:47Almaniyadan İrana qadağa
-
19:23Səhiyyə Nazirliyi bu dərmanı geri çağırdı - SƏBƏB
-
18:55İlham Əliyev Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
-
18:43Prezident İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib
-
18:42İşdən çıxarılandan sonra Azərbaycandan köçən məmurlar: Onlar indi haradadır?
-
18:39Radikal müxalifətin özünüifşası
-
18:36Əməkdar artist Saleh Bağırovun babası imiş — FOTO
-
18:33Ankarada əməliyyat olunan "Müsavat" başqanı Bakıya qayıtdı (FOTO)
-
18:26Hüquq müdafiəçiləri Mehmana görə Prezidentdən xahiş etdilər - FOTO
-
18:20Qanalı “Barselona”da?
-
18:17Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
-
18:16AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb
-
18:12Prezident Hacı İsmayılova “Şöhrət” ordeni verdi
-
18:04Azərbaycan əhalisinin sayı açıqlandı
-
18:00Azərbaycan ən yaxşı qış kurortları arasında
-
17:51"Trabzonspor"a təklif: Azərbaycan çempionatına qatılın
-
17:47Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
-
17:43"Neftçi"nin transferi: "Gəzirəm, içirəm, yatıram" (VİDEO)
-
17:36Rus hərbçiləri təlim zamanı öldü
-
17:25Ərdoğan Trampı təndiq etdi: "Onlar verdikləri vədin arxasından qaçırlar"
-
17:00Azərbaycanda icra başçısını güllələyən məhkum həbsxanada öldü
-
15:25Razim Məmmədovun qohumunun məhkəməsi oldu - iş üzrə memarda dindirildi
-
15:15TV və radio işləməyəcək - Hansı günlərdə?
-
15:11“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - FOTO
-
14:53Qurban Qurbanovdan Pedro açıqlaması
-
14:50Həyat yoldaşı kapitanı ölümdən qurtardı
-
14:48Keçən ilin ən fəal mətbuat xidməti hansıdır?
-
14:42Məşhur boksçu avtomobil qəzasında dünyasını dəyişdi
-
14:36Şərtləri razılaşdırdı, Fransada qalır
-
14:3520 milyonluq yol 1 ay sonra niyə çökdü? - FOTOLAR
-
14:23Azərbaycanda dəhşətli ailə faciəsi - Əvvəl qız, sonra 28 yaşlı qardaşı öldü
-
14:20Artıq 3 təklifdən imtina edib
-
14:15Qripdən qorunmaq üçün təbii üsullar
-
14:09Bakıda sabah da duman olacaq
-
14:02Bu günlərdə TV və radio işləməyəcək
-
14:01101 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
-
14:00Mənim üçün ən şərəfli vəzifə analıqdır
-
13:56"Donuz qripi" daha bir ölkəni ağuşuna aldı
-
13:53Azərbaycanda TV və radio işləməyəcək - Hansı günlərdə?
-
13:52Nazir müavini: Azərbaycanda qadın sahibkarların sayı artır
21 Yanvar 2019
Digər xəbərlər
-
Səhiyyə Nazirliyi bu dərmanı geri çağırdı - SƏBƏB
-
Prezident İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib
-
Radikal müxalifətin özünüifşası
-
Əməkdar artist Saleh Bağırovun babası imiş — FOTO
-
Ankarada əməliyyat olunan "Müsavat" başqanı Bakıya qayıtdı (FOTO)
-
Hüquq müdafiəçiləri Mehmana görə Prezidentdən xahiş etdilər - FOTO
-
Qanalı “Barselona”da?
-
Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
-
AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb