Ocalan həbsdən mesaj göndərdi: "Bizim planlarımız var"

Ocalan həbsdən mesaj göndərdi:

Ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Ocalanın yeni mesajı yayılıb. 

APA-nın milliyet.com.tr-yə istinadən verdiyi məlumata görə, bununla bağlı dünən həbsxanada A. Ocalanla görüşən qardaşı Mehmet Ocalan mətbuata açıqlama verib. 
 
M. Ocalan: "Qardaşım dedi ki, bizim planlarımız var, əvvəlki prosesi biz bitirmədik. Altı ay ərzində problemi həll edərik. Bu kor bir savaşdır, artıq qanlar, gözyaşları dayansın", - deyə bildirib.
 
O, qardaşının səhhətinin yaxşı olduğunu, hər hansı probleminin olmadığını da deyib.
 

Qeyd edək ki, ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Ocalana Qurban bayramı ilə bağlı ailə üzvləri ilə görüşməyə icazə verib.  
 
A. Ocalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir.  

Xəbər lenti