Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib - FOTO

Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib - FOTO
Konsert© Report

Paris. 13 yanvar. / Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

“Report”un Fransa bürosu məlumat verir ki, “Zamanlar” adlanan konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqilərindən ibarət olub.

Parisin Lüksemburq məbədində keçirilən konsertdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Preludia”, Ravelin “Sonatin”, Debussinin “Suite pour le piano” əsərini və digər dünya şöhrətli bəstələri ifa edib.

Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransanın məşhur Sarbonna Universitetində musiqişünaslıq ixtisasına yiyələnən pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir.

float: left; width: 100%;">

Xəbər lenti