Park Cinema yeni layihə təqdim etdi - HƏDİYYƏ ET!

Park Cinema yeni layihə təqdim etdi - HƏDİYYƏ ET!

 

Kino həvəskarlarına müntəzəm surətdə yeni imkanlar və xidmətlər təqdim edən Park Cinema kinoteatrlar şəbəkəsi yeni layihə - Hədiyyə kartını təqdim edib. Kinoya hədiyyə kartı yaxınlarınız, dostlarınız, həmkarlarınız, sinif yoldaşlarınız, qrup yoldaşlarınız və biznes tərəfdaşlarınız üçün əla hədiyyədir! Bu kart "Park Cinema" kinoteatrlarında hər zövqə uyğun filmi istənilən vaxt izləmək imkanı yaradır. Kart sahibi film, zal və seansın vaxtını özü seçə bilər.

Milli.Az-ın məlumatına görə, kartı sifariş etmək üçün müvafiq bölməyə daxil olub tələb olunan məlumatı daxil etmək lazımdır. Ödəniş olunduqdan sonra sifarişçinin mobil telefonuna fərdi kod gələcək. Həmin kodu şəbəkəmizin istənilən kinoteatrının kassalarında göstərərək məbləği bonus kartınıza yükləyə bilərsiniz.

Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda şəbəkə beş kinoteatrla təmsil olunub. Bu, 13 zal və 2200-dən artıq oturacaq yeri olan Park Bulvar, Metropark və Amburan-dakı kinoteatrlar, 2015-ci ildə açılmış 4 zallı 600 yerlik Park Cinema Zaqulba və 6 ədəd 3D zallı 1000 yerlik Park Cinema Flame Towers kinoteatrlarıdır. Ümumilkdə şəbəkənin 5 meydançası, 23 ekranı və 3500 oturacaq yeri vardır. Park Cinema Flame Towers kinoteatrının zallarından biri İMAX texnologiyası ilə təchiz olunub - bu Zaqafqaziya regionunda belə formatlı ilk kinoteatrdır. Şəbəkənin bütün kinoteatrlarında kinoproyeksiya sahəsində dünyanın ən qabaqcıl brendlərinin avadanlığı quraşdırılıb.

Xəbər lenti