Polislər üçün İNQİLABİ DƏYİŞİKLİK- Bundan sonra kameralı formalar...

Polislər üçün İNQİLABİ DƏYİŞİKLİK- Bundan sonra kameralı formalar...
İran polislərinin formaları kamera ilə təchiz olunacaq.
Bu haqda İran hüquq-mühafizə qüvvələrinin polis komandanının canişini Həmid Ətayi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə polislərin kameralı formalarla təchiz edilməsi planının artıq sınaq mərhələsinə başlanılıb: "Hazırda bu planın sınaq mərhələsində ölkənin bir neçə iri əyalətində, o cümlədən də Tehran, İsfahan və Fars əyalətlərində 5 min polis kameralı formalarla təchiz edilib. Lakin bu plan getdikcə ölkənin digər əyalətlərində də həyata keçiriləcək. Hazırlanmış plana əsasən, cari ilin sonuna qədər, martın sonuna qədər daha 18 min polis əməkdaşı kameralı formalarla təchiz ediləcək”. Publika

Xəbər lenti