“Pulsuz hüquqi yardım” lahiyəsi üzrə fərdi hüquqşünaslar və vəkillərlə seminar keçiriləcək

“Pulsuz hüquqi yardım” lahiyəsi üzrə fərdi hüquqşünaslar və vəkillərlə seminar keçiriləcək

19 iyul 2018-ci il saat 10:00-da ARPA Consulting şirkətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən və Dünya Bankının Maliyyə dəstəyi ilə reallaşan "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin "Pulsuz hüquqi yardım” koponenti üzrə fərdi hüquqşünaslar və vəkillərlə seminar keçiriləcək.

Tədbirdə Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Apparatı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, Bakı Dövlət Universiteti Hüquq Klinikası və s. aidiyyatlı qurumların və təhsil ocaqlarının xüsusi nümayəndələri, həmçinin Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, BMT, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və digər beynəlxalq təşkilatlardan dəvət olunmuş qonaqlar, həmçinin yerli ekspertlər və media mənsubları iştirak edəcəklər.

Xatırladaq ki, Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsinin əsas məqsədi qadınlar, yeniyetmələr, məcburi köçkünlər, etnik qruplar, milli azlıqlar, aztəminatlı ailələr daxil olmaqla əhalinin ən həssas qrupları üçün faydalı olmağa çalışmaq, həmçinin hamı üçün məhkəmə xidmətlərinin əlçatanlığını təmin etməkdir. Onun müxtəlif komponentlərindən biri də pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi ilə bağlıdır. Bu komponent üzrə aparılan işlərin əsas məqsədi əhalinin həssas qruplarının müxtəlif hüquq və məhkəmə xidmətlərindən rahat şəkildə yararlanmasını təşkil etmək, bu istiqamətdə görülən işlərdə səmərəliliyi artırmaqdır.

Layihənin icraçıları fərdi hüquqşünaslar və qeyri-hökumət təşkilatlarıdır. Qeyd edək ki, regionlarda fəaliyyət göstərən tərəfdaşlarımız hüquqi yardım hədəfləri ilə əlaqə yaratmaqda ən unikal vasitəçilərimizdir. Layihə çərçivəsində Bakı və regionlarda müxtəlif QHT, dövlət qurumları mütəxəssislərinin və vəkillərin iştirakı ilə seminarlar artıq başlayıb və davamlı olaraq keçiriləcək. Layihədən ilkin olaraq 7000 istifadəçinin yararlanacağı nəzərdə tutulub.

Tədbir ARPA Consulting şirkətinin Akt zalında baş tutacaq.

Xəbər lenti