“Pulsuz hüquqi yardım” lahiyəsi üzrə QHT-lər, analitik mərkəzlər və hüquq klinikaları üçün seminar keçiriləcək

“Pulsuz hüquqi yardım” lahiyəsi üzrə QHT-lər, analitik mərkəzlər və hüquq klinikaları üçün seminar keçiriləcək

16 iyul 2018-ci ildə ilk tədbiri saat 10:00-da Gəncə şəhərində baş tutacaq ARPA Consulting şirkətinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən və Dünya Bankının Maliyyə dəstəyi ilə reallaşan "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin "Pulsuz hüquqi yardım” komponenti üzrə QHT-lər, analitik mərkəzlər və hüquq klinikaları üçün seminarların keçirilməsinə başlayır.

Tədbirdə Ombudsman apparatının Gəncə Regional ofisinin rəhbər Səbuhi Abbasov, GİZ Gəncə Regional ofisindən Fariz Qarayev, Gəncə şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlar üzrə komissiyasının, Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Şöbələrinin (Kəpəz və Nizami rayonları üzrə), Təhsil Nazirliyinin Gəncə Regional İdarəsinin, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Kəlbəcər rayonları icra hakimiyyətlərinin Yetkinlik yaşına çatmayanlar üzrə komissiya və Gender məsələləri üzrə komissiyalarının nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional nümayəndəliklərindən (Gəncə şəhəri Kəpəz rayonu, Gəncə şəhəri Nizami rayonu, Kəlbəcər, Qazax, Göygöl və Şəmkir rayonları) qonaqlar, həmçinin yerli ekspertlər və media mənsubları iştirak edəcəklər.

Xatırladaq ki, Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsinin əsas məqsədi qadınlar, yeniyetmələr, məcburi köçkünlər, etnik qruplar, milli azlıqlar, aztəminatlı ailələr daxil olmaqla əhalinin ən həssas qrupları üçün faydalı olmağa çalışmaq, həmçinin hamı üçün məhkəmə xidmətlərinin əlçatanlığını təmin etməkdir. Onun müxtəlif komponentlərindən biri də pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi ilə bağlıdır. Bu komponent üzrə aparılan işlərin əsas məqsədi əhalinin həssas qruplarının müxtəlif hüquq və məhkəmə xidmətlərindən rahat şəkildə yararlanmasını təşkil etmək, bu istiqamətdə görülən işlərdə səmərəliliyi artırmaqdır.

Layihənin icraçıları fərdi hüquqşünaslar və qeyri-hökumət təşkilatlarıdır. Qeyd edək ki, regionlarda fəaliyyət göstərən tərəfdaşlarımız hüquqi yardım hədəfləri ilə əlaqə yaratmaqda ən faydalı vasitəçilərimizdir. Bu tədbir layihə çərçivəsində regionlarda müxtəlif QHT, dövlət qurumları mütəxəssislərinin və vəkillərin iştirakı ilə keçirilən ilk seminarımızdır və gələcəkdə paytaxtda və digər regionlarda davamlı olaraq keçiriləcək. Layihədən ilkin olaraq 7000 istifadəçinin yararlanacağı nəzərdə tutulub.

Tədbir Gəncə şəhərində Ramada otelində baş tutacaq.

Xəbər lenti