Qadınların bu qüsurlarından əslində kişilərin xoşu gəlir

Qadınların bu qüsurlarından əslində kişilərin xoşu gəlir

 

Bir çox qadınlar 3-5 kilo artıq çəki alan kimi depressiyaya düşür, özlərinin çirkin olduğunu hesab etməyə başlayırlar. Bəzi "qüsurlar" onları özündən çıxarsa da, əslində kişilər məhz bu "qüsurlara" görə onları daha çox sevir və bəyənir.

Qadınların bu qüsurlarından əslində kişilərin xoşu gəlir.

AzeriTimes.Az Ölkə.Az-a istinadən təqdim edir:

Heyva göbək

Nə qədər gözəl vücuda və dümdüz qarına sahib olsanız belə, bəzi kişilər yüngül göbəyə malik qadınları daha çox bəyənirlər.

Sümüklü burun

Bildiyimiz kimi, burun insan surətində ən mühüm hissələrdən biridir. Burnun quruluşu insan xarakterini müəyyən etməyə imkan verir. Bir çox kişilər üçün sümüklü burun estetik əməliyyat nəticəsində ərsəyə gəlmiş burundan daha cazibədardır.

Qısa boy

Əlbəttə, uzun boy və uzun ayaqlar kişilərin "yox" deyə bilməyəcəyi qadın göstəriciləridir. Ancaq münasibətlərin uzunmüddətliliyi ayaqların uzunluğu ilə düz mütənasib olmur. Balacaboy xanımlar bəzi kişilərə daha sevimli gəlir.

Çillər

Çillərdən nə yolla olur olsun xilas olmağa tələsməyə dəyməz. Son müşahidələr göstərir ki, üzündə çillər olan qadınlar kişilər tərəfindən maraqla qarşılanır və sevilir.

Ümumiyyətlə, sevgi münasibətlərində boyun uzunluğu, burnun forması, çillərin çoxluğu heç bir əhəmiyyət kəsb etmir. Sizi həqiqətən sevən biri sizi olduğu kimi qəbul edəcək.

 

Xəbər lenti