""Qalatasaray"dan FETÖ səbəbindən getdim"

 

Hazırda "Bursaspor"un baş məşqçisi kimi çalışan Hamza Hamzaoğlu FETÖ ilə əlaqəsi olub-olmadığı sualına cavab verib. Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəsis 1991-95-ci illərdə futbolçu kimi şərəfini qoruduğu "Galatasaray"dan getməsinin səbəbini məhz bununla izah edib.

"Heç zaman bu olaylara girməmişəm. Mənim nə olduğumu hər kəs bilir. FETÖ ilə qətiyyən əlaqəm olmayıb. "Galatasaray"dan futbolçu kimi bu səbəbdən ayrılmışdım. Bu təşkilatla əlaqəm yoxdu deyə məni heyətdən qopardılar. Bu hadisələrdən keçmiş bir adamam. Allahla arama heç kim girə bilməz. İdmandan başqa bir şey düşünmürəm. Ölkəmə xidmət etməyə çalışıram".

Xəbər lenti