Qanalı “Barselona”da?

Qanalı “Barselona”da?
"Sassuola”nın yarımmüdafiəçisi Kevin-Prins Boatenq karyerasını İspaniyada davam etdirə bilər. 
Kaspi.az xəbər verir ki, Boatenq "Barselona” ilə müqavilə bağlamağa yaxındır. Kataloniya klubunun rəhbərliyi hesab edir ki, qanalı futbolçu komandanın hücum xəttinin gücləndirilməsinə kömək edə bilər. 
Məlumata görə, tərəflər müqavilə şərtlərini müzakirə ediblər və prinsipial razılıq əldə olunub. Klublar arasındakı razılaşmaya görə, "Barselona” Boatenqi  2 milyon avro müqabilində icarəyə götürəcək. 
Futbolçunun oyunu qənaətbəxş olarsa, 8 milyon avro ödənilərək, onun müqavilə hüququ tam alınacaq.  

Xəbər lenti