"Qarabağ" səfərdə "Vorskla"nı məğlub etdi - VİDEO

Ağdamın "Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
 
Qurban Qurbanovun yetirmələri IV turda səfərdə Ukrayna "Vorskla”sını 1:0 hesabı ilə məğlub edib.
 
Matçda yeganə qolu 13-cü dəqiqədə penaltidən 9 nömrəli hücumçu Araz Abdullayev vurub.
 
"Qarabağ" bu qələbə sayəsində qrupda ilk xallarını qazanıb və 3 xal ilə turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. "Vorskla" kollektivinin də aktivində 3 xal olmasına baxmayaraq, "Qarabağ" qol fərqinə görə Ukrayna komandasına uduzur.
 


 

Xəbər lenti