Qazaxda polisə çağırılan şəxsi döyərək öldürən azadlığa buraxıldı - Yenidən tutuldu

Qazaxda polisə çağırılan şəxsi döyərək öldürən azadlığa buraxıldı - Yenidən tutuldu
Qazax rayonunda ölüm işinə görə həbs edilən polis əməkdaşı İlham Süleymanov azadlığa buraxılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, İ.Süleymanovun vəkili məhkəməyə müraciət edərək müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib, İ.Süleymanov məhkəmə zalında azadlığa buraxılıb.

Hökmdən narazı qalan istintaq orqanı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib. Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İ.Süleymanov yenidən həbs edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Elmir Axundovun Qazax rayon Polis şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı həmçinin rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib. 

Xəbər lenti