Qəzada ayağını itirən azyaşlı qıza yardım edildi: "Ayağına protez qoyulacaq, tez zamanda ayağa qalxacaq" (FOTOLAR)

Qəzada ayağını itirən azyaşlı qıza yardım edildi:

Ötən gün sosial şəbəkələrdə üç ay öncə qəzaya düşərək ayağı amputasiya olunan səkkiz yaşlı Leyla adlı qıza yardım kampaniyası başlayıb.

AZXEBER.COM xəbər verir ki, ayağına protez qoyulmasına və əməliyyat olunmağa maddi imkanı olmayan Leylaya müğənni Səbinə Əskərovayardım əlini uzadıb.

Bu barədə jurnalist, azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli məlumat verib. O bildirib ki, Leyla Səbinənin dəvəti ilə Bakıya gəlib və müayinə olunub. Əməliyyat üçün tələb olunan 12 min manat vəsaitin hamısını isə müğənni qarşılayacaq.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı AZXEBER.COM portalı ötən gün məlumat yayımlamışdı. Məlumatada Masallıda yaşadıqlarını deyən Leylanın anası bildirib ki, qəza 4 ay öncə baş verib: "Bu hadisə 4 ay əvvəl baş verib. Atam 4 nəvəsini avtomobillə aparırmış. Bu zaman yol polisi avtomobili qovmağa başlayıb, atam da avtomobili saxlamayıb və qarşısına it çıxıb. O da iti vurmamaq üçün maşını qaçırıb və qəza törədib. İnanın ki, bu hadisədən sonra hələ də özümə gələ bilməmişəm. Bilmirəm atamı günahlandırım, yoxsa onu qovan yol polislərini mi? Atama da həmin dəqiqə hansısa sənədə qol çəkdiriblər ki, guya yol polisinin səhvi olmayıb. Hadisədən sonra 8 yaşlı qızımın ayağı amputasiya olundu. O yeriyə bilmir".
 




 

Xəbər lenti