Qrip 100 nəfəri öldürdü

Qrip 100 nəfəri öldürdü
Meksikada qrip virusundan ölənlərin sayı 100 nəfərə çatıb.
Yoluxucu xəstəliklə ölüm sayı Xalisko, Sinaloa, Mexiko, Verakrus və Aşağı Kaliforniya ştatlarında qeydə alınıb.
AzeriTimes.az El Pais-ə istinadən bildirir ki, qripə yoluxaraq ölənlərin sayı 2015-cit ilin oktyabrından bəri 277 nəffrə çatıb.
Hazırda Meksikada 2700 nəfərdə qripin ağır formalarına yoluxma qeydə alınıb. Ən çətin vəziyyət paytaxt Mexikoda və eyniadlı ştatda, habelə Xalisko, Tlaskala və Puebla ştatlarındadır.
Ölüm hallarının 204-ü "donuz qripi" A(H1N1) ilə bağlıdır.
Meksikada bir çox özəl uşaq bağçaları və məktəblər virusun yayılması səbəbindən qapanıb.

Xəbər lenti