"Gəlin köhnə evə yeni adət gətirməyəcək" - KÖŞƏ

Dünya ölkələri arasında rəqabətin ən üstün mövqelərindən biri də təhsil sistemidir ki, hər bir ölkə təhsil səviyyəsinin yüksəkliyi üçün əlindən gələni edir. Avropa ölkələrinin də buna can atması Bolonya sisteminin 1970-ci illərin ortalarından, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlardan aydın görünür.

Bolonya sistemi nə vaxt yaranıb?

Bolonya sistemi ilk dəfə İtaliyanın Bolonya şəhərində tədbiq edildiyindən belə adlandırılıb. Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Boloniya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa Ali təhsil məkanı” bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Azərbaycan isə 2005-ci ildən Bolonya prosesinə qoşulub və 2006-cı ildən ilk dəfə Azərbaycan Dillər Universitetində tətbiq etməyə başlayıb.

Bolonya sisteminin əsas üstün xüsusiyyətləri:

– Tələbənin fənn və müəllim seçimində müstəqilliyi

– Tədris prosesinin bütün lazımi çap materialları və onların elektron versiyaları ilə təminatı;

– Gələcəkdə diplomlarımızın xaricdə tanınması

– Rüşvətin qarşısının alınması (bəzi baloniya sisteminə keçmiş universitetlərdə hələ də bu problem var)

 

Ümumiyyətlə bizim bolonyada bu sistemə aid olmayan qaydalar var. Məsələn, bizdə tələbəyə mühazirə dəftərinə və davamiyyətə görə 10 bal, fərdi işə görə isə maksimum 10 bal yazılır.Əslində bu sistemə görə tələbə istədiyi vaxt, istədiyi mühazirədə iştirak etməyə də bilər. Amma bizdə tələbə mühazirə dinləməyə məcburdur. Yoxsa buna görə tələbəyə qayıb yazılır. Bundan əlavə, mühazirəyə görə də dəftər tutmaq tələb olunur. Baloniyanın inkişaf etdiyi indiki vaxtda mühazirə dəftəri tutmaq mənasızdır. Əsas dəftərin tərtibatı yox, tələbənin cavabıdır. Daha sonra bizdə fərdi iş də başqa cür olur. Əsl fərdi işdə müəllim semestr ərzində tələbənin onu maraqlandıran,başa düşmədiyi suallarına cavab verməlidir. Bizdə isə bele deyil. Seminar dərsləri bəs deyilmiş kimi müəllim tələbəyə fərdi işdə də mövzu verir və hər mövzuya görə də 1 bal yazır.

 

Mencə Bolonya sistemi həm də ixtisasa uyğun tətbiq edilməlidir. Çünki ele peşəler varki , onların daha cox təcrübəyə ehtiyacı var. Məsələn: jurnalist tələbələr bəzi mühazirələrdə iştirak etmək əvəzinə, redaksiyalarda, televiziya və radio kanallarında uzunmüddətli təcrübə keçsələr yaxşı olar.

Bolonya sisteminin ən mənfi cəhətlərindən biri də tələbənin kəsirə görə universitetdən xaric edilməsidir. Bildiyiniz kimi 1-ci kurs tələbələri xaric olunduğu halda ali məktəbə bərpa oluna bilməzlər.Amma boloniya sistemində hər kursda tələbənin semestr ərzində 30 saat dərs buraxma icazəsi var: Əgər dərs saatının buraxılması çox olarsa, bu zaman tələbəyə öncə xəbərdarlıq edilməlidir, daha sonra onu azad edə bilərlər. Bu zaman həmin tələbə bütün proqramı ödəməlidir.

Misir Mərdanov öz işindən azad edildikdən sonra onun təhsil sahəsində həll edə bilmədiyi problemlər barədə mediada, sosial şəbəkələrdə, eləcə də cəmiyyət arasında çoxlu söz söhbət yarandı. Bolonya prosesinin müəllimlərə və tələbələrə düzgün çatdırıla bilməməsi, yaxud dünyadakı ölkələrin təhsil sahəsindəki reytinqində 20.000-lik sıralardan belə bir yerdə olmayan Azərbaycan kimi bir ölkənin bu sistemi tam qavramamış qəbul etməsi bugün təhsilimizdə bir sıra böyük problemlər yaradır. Və maraqlısı da odur ki, cəmiyyət  "Özümüzünküləşdirilmiş" formada təhsil prosesinə buraxılan bolonya sistemindəki boşluqların aradan qalxmasında Mikayıl Cabbarovun böyük rolu olacağını fikirləşir.

Məncə Misir Mərdanovun illər boyu yaradıb inkişafına çalışdığı təhsili Mikayıl Cabbarovun daha yaxşı səviyyəyə qaldırmaq istəyi ürəkaçan olmayacaq, illərdir prezidentlər dəyişir, nazirlər dəyişir, bələdiyyə başçıları dəyişir lakin nəticə - köhnə hamam-köhnə tas.Yaşlı nəslin dediyi kimi, "gəlin köhnə evə yeni adət gətirməyək”. Misir Mərdanovun niyə işdən çıxarıldığı barədə heç bir məlumat vermədən aprelin 19-da Prezidentimizin imzaladığı sərəncamdan da bu aydın olur.

Sevinc Şeydayeva

Xəbər lenti