"Renessans Palace" yaşayış kompleksi "Qorunan həyət" konsepsiyasını təqdim edir

Bakı. 18 yanvar. / Bakı şəhəri Yasamal rayonunun seçilən yaşayış kompleksi olan “Renessans Palace” layihəsini 1,5 hektar ərazidə “Qorunan həyət” konsepsiyası əsasında həyata keçirir. Bu barədə “Report”a layihənin icraçısı olan "AS Gorup Investment" şirkətinin Marketinq və satış Departamentindən məlumat verilib.

Məlumatda deyilir ki, dörd binanın həyəti kənardan girişlərə qapadılaraq yalnız sakinlərin istirahəti üçün aktiv zona kimi nəzərdə tutulub. Burada yaşıllıq, xüsusi qaçış və velosiped zolaqları, voleybol və basketbol meydançası, tennis kortu, uşaqlar üçün oyun meydançaları, veloparkinq əhalinin ixtiyarında olacaq. Kompleksin aşağı mərtəbələrində fəaliyyət göstərəcək kommersiya obyektlərinin belə daxili parka çıxışı olmayacaq.

“Valideynlər uşaq meydançalarında qurulan xüsusi videomüşahidə kameralarının köməyi ilə evdən öz övladlarına nəzarət edə biləcəklər. Xüsusi nəzarət sistemi hesabına yad insanların kompleksə birbaşa girişi və çıxışı yalnız icazə əsasında olacaq. “Renessans Palace”da həmçinin, sakinlərin rahatlığını və təhlükəsizliyini tam təmin etmək üçün “Avtomobilsiz həyət” prinsipi də əsas götürülərək aktiv zonaya avtomobillərin girişinə tam qadağa qoyulacaq. Həm sakinlərin özləri, həm də onların qonaqları üçün nəzərdə tutulan 3 mərtəbəli yeraltı qaraj isə məhz “Avtomobilsiz həyat” yanaşmasını insanların rahatlığını pozmadan tətbiq etməyə imkan verəcək”, – deyə məlumatda qeyd edilir.

“AS Group Investment” tərəfindən neoklassik üslubda tikilən, qranit və boyanmış aqlayla üzlənən 18 mərtəbəli 4 binadan ibarət “Renessasn Palace” metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında, Zahid Xəlilov və Həsən Məcidov küçələrinin kəsişməsində yerləşir: “Yaşayış kompleksinin əsas yol qovşaqlarından bir qədər aralıda yerləşməsi də bu kompleksin gələcək sakinləri üçün dinamik şəhər həyatının səs-küyündən uzaq, sakit və rahat bir mühitin yaradılması üçündür”.

float: left; width: 100%;">

Xəbər lenti