Romada avtomobillərin sayı azaldılacaq

Romada avtomobillərin sayı azaldılacaq
2019-cu il yanvar ayının 1-dən etibarən İtaliyanın paytaxtı Romada ətraf mühiti daha çox çirkləndirən avtomobillərə məhdudiyyətlər qoyulacaq.

Qayanrinfo xəbər verir ki, bu barədə İtaliyanın ətraf mühit naziri Sercio Kosta və Latsio qubernatoru Nikola Dzinqarettini arasında müqavilə imzalanıb.

Məqsəd paytaxt və ətraf şəhərlərdə havanın çirklənməsinin qarşısını almaqdır. Bu yolla dizel və benzinlə işləyən avtomobillərdən daha çox elektriklə hərəkət edən nəqliyyat vasitələrinin təşviqi nəzərdə tutulur.

Xəbər lenti