Ronaldo: "Həmin qolu qeyd edə bilməzdim"

Ronaldo:

 

Çempionlar Liqasının son qalibi "Real Madrid" turnirdə yeni mövsümə qələbə ilə başlayıb. Doğrudur, bu qələbə Madrid klubuna asan başa gəlməyib. "Sportinq"lə oyunda hesabda geridə olan meydan sahibləri son dəqiqələrdə 3 xalı aktivinə yazdırmağa nail olub.

Azeritimes.Az goal.az-a istinadən xəbər verir ki, Lissabon klubunun qapısınan bərabərlik qolunu keçirən Ronaldu matçdan sonra bunları deyib:

"Sportinq" əla oynadı, bizə çətin anlar yaşatdı. Amma "Real" əfsanəvi stadionunda etdiyi geri dönüşlərlə məşhurdur. Bu oyun göstərdi ki, meydana arxayın çıxsaq, işimiz çətin olacaq. Biz qrupu birinci yerdə bitirmək istəyirik. İnstinktiv olaraq vurduğum qolu qeyd etməyə hazırlaşırdım, amma etmədim. "Sportinq" məni futbolçu kimi yetişdirib.

"Sportinq" prezidenti karyeramı orada başa vurmağımı istəyir? İnsanların mənə qarşı sevgisi böyük şərəfdir. Buna görə xoşbəxtəm. Lakin karyeramı "Real"da başa vurmaq istəyirəm. Hazırda qəlbimdə bu klub var".

Xəbər lenti