Rusiya əhalisinin cəmi 28 faizinin "xarici pasport"u var

Rusiya əhalisinin cəmi 28 faizinin

Keçirilmiş sorğu nəticəsində məlum olub ki, Rusiyanın yaşlı əhalisinin cəmi 28%-də xarici ölkələrə səfər etməyə imkan verən ümumvətəndaş pasportu var.

Azeritimes.az Virtualaz.org-a istinadən bildirir ki, bu nəticələr "Levada-Sentr" sorğu mərkəzinin keçirdiyi tədqiqatın yekununda məlum olub.

Sorğu göstərib ki, rusiyalıların 59 faizi heç vaxt keçmiş SSRİ ölkələri istisna olmaqla, xarici ölkələrdə olmayıb. Bununla yanaşı, 9% il ərzində 2-3 dəfə ölkəni tərk etdiyini bildirib.

15% isə əvvəllər səyahətə getdiyini, indi buna imkanının çatmadığını deyib

.

Xəbər lenti