Rusiya və İran İŞİD-ə qarşı birləşdi — RƏSMİ

Rusiya və İran İŞİD-ə qarşı birləşdi — RƏSMİ

 

Suriyanın müstəqillik və ərazi bütövlüyü nəzərə alınmalıdır

Ölkə.Az xəbər verir ki, rəsmi Tehran və Moskva İŞİD terror təşkilatı ilə birgə mübarizə aparmaq əzmində olduqlarını bəyan ediblər.

Bu barədə məlumat Rusiya XİN-in rəsmi saytında yer alıb.

Müvafiq bəyanat xarici işlər nazirlərinin müavinləri səviyyəsində Yaxın Şərq problemləri ilə bağlı məsləhətləşmələrin sonunda verilib. M.L. Boqdanov və H.A. Abdullahiyan İŞİD terror təşkilatı ilə mübarizənin effektivliyini bərpa etmək məqsədilə regional oyunçularla qarşılıqlı əlaqələri aktivləşdirməyin vacib olduğunu bildiriblər.

Ölkələr Suriyanın müstəqillik və ərazi bütövlüyü nəzərə alınmaqla siyasi dialoqun mühümlüyünü qeyd edib.

 

Xəbər lenti