Rusiyada bir ailəni qətlə yetirən azərbaycanlı özünü asdı

Rusiyada bir ailəni qətlə yetirən azərbaycanlı özünü asdı

 

Tümen vilayətinin Zavodoukovski şəhərində ailə üzvlərini öldürməkdə ittiham olunan 31 yaşlı Zaur Həsənov  istintaq təcridxanasında intihar edib.

Azeritimes.Az modern.az-a istinadən bildirir ki, özünü saxlanıldığı kamerada asıb.

4 nəfərin qətli Tümen vilayətinin Lesnom kəndində baş verib. Yerli sakin həyat yoldaşının, qızının və nəvələrinin öldürüldüyünü aşkar edib. 24 yaşlı qadının keçmiş əri ailənin vəhşicəsinə qətlini etiraf edib.

Aprelin 14-də bu iş üzrə istintaq materialları məhkəməyə göndərilib. Zaur Həsənovun ömürlük azadlıqdan məhrum ediləcəyi gözlənilirdi.

Xəbər lenti