Sabah ölkə ərazisində havanın yağmursuz olacağı gözlənilir

Sabah ölkə ərazisində havanın yağmursuz olacağı gözlənilir
Sinoptiklər Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir güclənəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, yanvarın 11-i gündüzdən 12-si gündüzədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 8-11° isti, Bakıda gecə 3-5°, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60 təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-13° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-5°, gündüz 9-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Xəbər lenti